“DEKA” Şirkəti Dübrar dağ sularının istehsalını və satışını həyata keçirir. Mənbəyini Böyük Qafqaz sıra dağlarının şərq yamacından 2500 m yüksəklikdə yerləşən daimi buzlaqlardan götürən Dübrar suyu, sağlamlıq üçün vacib olan minerallarla zəngindir. Bir çox laboratiya analizlərinə görə bu su həzmə kömək edir və orqanizmi illərdən bəri yığılıb qalmış duzlardan, toksinlərdən təmizləyir.
DÜBRAR suyunun tərkibindəki mineral maddələr zənginliyi və yüngül olması onu hər kəsin içə biləcəyi deməkdir. Başqa sözlə, kiçik yaşlı uşaqlardan yaşlı nəsil insanlara qədər, hər kəs sudan müalicə məqsədi ilə istifadə edə bilər.
Dübrar təbii mineral süfrə suyunun daha müasir texnologiya əsasında emalı üçün, Türkiyə və Almaniya istehsalı olan avadanlıqlar la təchiz olunmuş yeni su zavodu istifadəyə verilmişdir.
Tam əminliklə deyə bilərik ki, təqdim etdiyimiz bu mineral su təmiz və qarışıqsızdır, həmçinin gigiyenik normalara tamamilə cavab verir.